Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.
Təzadlar.az xəbər verir ki, donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.
Qeyd edək ki, hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.
Aşura Günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.
25 iyun 2026-cı il tarixində səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər.
Saat 14:00-a olan məlumata görə, qan verən donorların sayı 2534 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.