İran mediası partlayış səsləri eşidildikdən sonra İranın cənubundakı Hörmüzqan əyalətindəki Sirik şəhərindəki körpüyə hücum edildiyini bildirib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Sirikdəki Taheruyi körpüsünə düşmən qüvvələri hücum edib.
Mənbə həmçinin bildirib ki, İran Silahlı Qüvvələri günün əvvəlində Hörmüz boğazından “icazəsiz” keçməyə çalışan bir neçə gəmiyə xəbərdarlıq atəşi açıb və bu atəşlər Sirikdən atılıb.
Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən Hörmüz boğazında yük gəmisinə edilən hücuma cavab olaraq İran sahilindəki hədəflərə zərbə endirildiyini bildirib.
E.ŞİRİNOV







