Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2026 / 08:09

İİKK: ABŞ-ın hücumuna seçdiyimiz vaxtda və məkanda cavab verəcəyik

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İranın cənubundakı Hörmüzqan əyalətindəki Sirik şəhərinə hücumunun “dəf edildiyini” və “seçdikləri vaxtda və məkanda cavab verəcəklərini” açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İran mediasında dərc olunan İnqilab Keşikçiləri Korpusunun açıqlamasına görə, “Dəniz və hava qüvvələrimiz bu hücumu dəf etməyə müvəffəq oldular. Onlar təcavüzkar qüvvələri geri çəkilməyə məcbur etdilər və beləliklə, İranın ərazisi və ərazi suları üzərində suverenliyini qorudular.”

Bəyanatda davam edilir:

“Bu təcavüzün cavabsız qalmayacağını və cavabımızın seçdiyimiz vaxtda və məkanda sürətli və qətiyyətli olacağını vurğulayırıq. Xəbərdarlıq edirik ki, hər hansı yeni axmaqlıq bölgədəki təcavüzkarların illüziyalarını sarsıdacaq sərt cavabla qarşılanacaq.”

İran mediası Sirikdə partlayış səslərinin eşidildiyini və şəhərin körpüsünə hücum edildiyini bildirmişdi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlamasında bildirib ki, dünən Hörmüz boğazında yük gəmisinə edilən hücuma cavab olaraq İran sahillərindəki hədəflərə zərbələr endirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!