Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın cənub sahili boyunca müxtəlif nöqtələrə, xüsusən də Sirik şəhərinə hücumlarını pisləyib.
Tezadlar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın hücumları ilə bağlı açıqlama yayıb.
Açıqlamada aşağıdakılar yer alıb:
“İran terrorçu ABŞ ordusunun 27 iyun 2026-cı il cümə axşamı İranın cənub sahili boyunca müxtəlif nöqtələrə həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyir.
İranın sahil müşahidə obyektlərinə qarşı bu vəhşi hücumlar Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də 18 iyun 2026-cı il tarixli Məcburi Müharibəyə Son Qoyulması haqqında Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulmasıdır.”
Açıqlamada həmçinin qeyd olunub ki, İran öz milli suverenliyini və milli maraqlarını qorumaq hüququna malikdir və ABŞ elementlərinə qarşı əks-hücumlar özünümüdafiə hüququna uyğun olaraq həyata keçirilib.
E.ŞİRİNOV