Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 23:10

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb.

Tezadlar.az xəbər verir ki, bəyanat ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutur.

Sənədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qol çəkiblər.

Bununla yanaşı, Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb.

İmzalanan sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!