Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 02:09

İran Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı Fransanı xəbərdar etdi

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi Fransa prezidenti Emmanuel Makronun İranın Hörmüz boğazında qoyulmuş minaları təmizləmək üçün tərəfdaşları ilə əməkdaşlıq edəcəyi barədə açıqlamasına reaksiya verib.

Tezadlar.az bildirir ki, Qəribabadi Makronun Hörmüz boğazı ilə bağlı sözlərinə sosial media hesabında cavab verib.

Hörmüz boğazında heç bir ölkənin minaların təmizlənməsinə icazə verməyəcəklərini bildirən Qəribabadi deyib: “İslamabad Anlaşma Memorandumuna əsasən, minaların təmizlənməsi yalnız İran tərəfindən həyata keçirilir. Şərtlər çox həssasdır və Fransaya bu vəziyyəti daha da çətinləşdirməməyi tövsiyə edirik”.

Makron boğazdan sərbəst və qeyd-şərtsiz keçidi təmin etmək üçün Hörmüz boğazında minaların təmizlənməsi ilə bağlı digər tərəfdaşlar və Omanla işləmək qərarına gəldiklərini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!