Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarında ölənlərin sayı 73.066-ya çatıb.
Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.
Açıqlamaya görə, son 24 saat ərzində İsrail hücumları nəticəsində ölən 8 nəfərin və yaralanan 26 nəfərin cəsədi Qəzzadakı xəstəxanalara gətirilib.
Təcili yardım və mülki müdafiə qrupları hələ də onlara çata bilmədiyi üçün bir çox qurbanın hələ də dağıntılar altında və yollarda olduğu bildirilib.
11 oktyabrda Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 1053 nəfər həyatını itirib, 3406 nəfər yaralanıb və dağıntılar altından 786 cəsəd çıxarılıb.
Bildirilib ki, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73.066 nəfərə, yaralananların sayı isə 173.514 nəfərə çatıb.
E.ŞİRİNOV