Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın şimal-şərqindəki Lahor şəhərində özəl tədris mərkəzinin damının çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb, bir neçə nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Təcili Müdaxilə Xidmətinin nümayəndəsi Faruk Əhmədin sözlərinə görə, 14 uşaq ölüb, 10-a yaxın zərərçəkənin vəziyyəti kritikdir. O həmçinin qurbanların sayının arta biləcəyini qeyd edib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının çökməsi nəticəsində, ilkin məlumatlara görə, yeddi uşaq həlak olub.
Tezadlar.az DAWN-a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmətlər məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 30-da Kahna rayonunda baş verib. Xilasetmə xidmətinin məlumatına əsasən, dağıntılar altından yeddi uşağın meyiti çıxarılıb.
Ölənlərin sayı 10 nəfəri keçə bilər. Xilasedicilər dağıntılar altında qalan uşaqların vəziyyətinin kritik olduğunu bildiriblər.
İlkin məlumata görə, hadisə anında binada 35-ə qədər uşaq olub.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir, damın çökməsinin səbəbləri araşdırılır.