Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin keçmiş Baş naziri Naftali Bennett Baş nazir Benyamin Netanyahunun ifrat sağçı nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriç və ultra-ortodoks (Haredi) partiyaları arasında qaldığını və onun ölkəni idarə etmək qabiliyyətini tamamilə itirdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, amerikalı aparıcı və bloqçu Mario Navfala eksklüziv müsahibəsində Bennett İsrailin daxili siyasəti, Qəzza və Livan sərhədlərində davam edən münaqişələr barədə mövqeyini açıqlayıb.
Netanyahunun öz hökuməti üzərində nəzarəti itirdiyini vurğulayan Bennett deyib: “Bibi (Netanyahu) artıq öz kabinetini idarə edə bilmir. Ben-Qvir onu bir istiqamətə, Smotriç isə başqa istiqamətə çəkir və ultra-ortodoks partiyalar tamamilə fərqli bir istiqamətə doğru aparırlar. Netanyahunun hamısının hakimiyyətdə qalması üçün ehtiyacı olduğundan, onların heç birinə “yox” deməyə gücü çatmır.”
Bennett mövcud hökumətin radikal elementlərin əsirinə çevrildiyini iddia edərək bildirib ki, “Mənim öz hökumətimdə Ben-Gvir və Smotrich kimi bu cür absurd açıqlamalar verən “axmaqlar” olmazdı. Mən hətta Ben-Gvir-i kabinetə belə qoymazdım. Əgər hökumətimdə kimsə çıxıb bu cür absurd açıqlamalar versəydi, dərhal onlara yerlərini bilməyi deyərdim. Amma Netanyahu artıq bunu edə bilməz, çünki onun varlığı onlardan asılıdır.”
Bennett həmçinin İsrailin beynəlxalq nüfuzunun çökməsi və diplomatik təcrid olunması məsələsinə də toxunaraq, bu vəziyyətin məsuliyyətinin qərəzli media və ya xarici təbliğatda deyil, birbaşa hökumətin öz siyasətində olduğunu etiraf edib.
Bennett açıq şəkildə etiraf edib ki, dünyada reaksiyalar İsrailin öz səhvlərindən qaynaqlanır və ölkənin ən böyük probleminin artıq yalnız sərhədləri xaricindəki düşmənlər deyil, daxili ekstremistlərin əsirinə çevrilmiş hazırkı administrasiya olduğunu qeyd edib.
Bennett Fələstin dövlətinin qurulmasına qarşı olduğunu, HƏMAS-ın məhv edilməsi və “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı fikirlərini qoruduğunu və hələ də İranı ən böyük strateji təhlükə kimi gördüyünü, mövcud hərbi strategiyanın ölkəyə zərər verdiyini iddia etdiyini bildirib.
Uzunmüddətli müharibələrə inamsızlığını göstərən Bennet qeyd edib: “Qəzzada, Livanda və İran oxu boyunca aparılan bu genişmiqyaslı müharibə İsrailin hərbi doktrinasına ziddir. Müharibəyə getmək məcburiyyətində qalırsınızsa, bunu tez və intensiv şəkildə edirsiniz, qalib gəlirsiniz, bölgəni sabitləşdirirsiniz və irəliləyirsiniz. Lakin müharibəni bu qədər uzadanda həm iqtisadiyyatımızı tükəndirir, həm də ehtiyat əsgərlərimizi tükəndirir. İsrail ilhaq və uzunmüddətli münaqişə ritorikası ilə hər diplomatik əlaqəni pozan koalisiya nazirlərindən qurtulmalıdır və Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi bölgə ölkələri ilə münasibətləri bərpa edə bilən və bu sonsuz müharibələrə necə son qoymağı bilən ağıllı bir hökumətə ehtiyac duyur.”
E.ŞİRİNOV