1 İyul 2026 / 12:00

Vens Papanın miqrasiya ilə bağlı mövqeyindən narahatlığını bildirdi

XIV Papa Leonun miqrasiya ilə bağlı mövqeyi narahatedicidir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib.

Papa dəfələrlə prezident Donald Trampın başlatdığı immiqrasiya əleyhinə kampaniyanı tənqid edərək, Amerika yanaşmasının tətbiqində həddindən artıq qəddarlığa işarə edib.

Vens qeyd edib ki, o, özü də katolik dininə etiqad edir və kilsə iyerarxlarını ABŞ-ın bu məsələ ilə bağlı siyasətinin doğruluğuna inandırmağa çalışır.

ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, “Mən onları dialoqa təşviq edirəm, lakin onlara kütləvi miqrasiyanın mənfi nəticələri olduğunu xatırladıram”.

Daha əvvəl Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Trampın “tarixin ən böyük kommunisti” olmaq istəyini tərifləmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!