Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2026 / 13:57

Ukrayna: Rusiya 74 raket və 496 dronla hücuma keçdi

Rusiya ordusu Ukraynaya qarşı 74 raket və 496 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücuma keçdiyini açıqlayıb.

Tezadlar.az bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasında ölkənin müxtəlif bölgələrini, xüsusən də Kiyevi hədəf alan hava hücumları barədə məlumat verilib.

Məlumatda Rusiya ordusunun kruiz, ballistik və hipersəs raketlər də daxil olmaqla, ümumilikdə 74 müxtəlif tipli raketdən istifadə etdiyi və 496 PUA-nın buraxıldığı bildirilib. Həmçinin hava hücumundan müdafiə qüvvələrinin 48 raket və 476 PUA-nı zərərsizləşdirdiyi bildirilib.

Zelenskinin hücuma reaksiyası

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media paylaşımında Rusiyanın hücumuna reaksiya verib.

Zelenski paytaxt Kiyevə ağır hücum edildiyini vurğulayaraq, şəhərdə 20 yerdə ziyanın olduğunu qeyd edib.

Zelenski hücumun əsasən evləri hədəf aldığını bildirib və əlavə edib: “Təcili yardım xidmətləri mərkəzi, elmi institut, otel və bəzi müəssisələr də dağıdılıb”.

Zelenski xatırladıb ki, ilkin məlumatlara görə, hücumda 13 nəfər ölüb, yaralananların sayı 90-ı keçib.

Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrində də hücumlar həyata keçirdiyini vurğulayan Zelenski Xarkovda bir uşaq da daxil olmaqla 5 nəfərin yaralandığını qeyd edib.

3 iyul Kiyevdə “matəm günü” elan edilib

Kiyev meri Vitali Kliçko da sosial media hesabında verdiyi açıqlamada Rusiya hücumlarında şəhərdə 13 nəfərin həyatını itirdiyini xatırladıb.

Mərhumların xatirəsinə cümə günü Kiyevdə matəm günü elan etdiklərini bildirən Kliçko deyib: “Sabah, 3 iyul, paytaxta ən şiddətli düşmən hücumunun qurbanlarının xatirəsinə Kiyevdə matəm günü elan edilir”.

Bu səhər verdiyi açıqlamada Kliçko Rusiyanın Kiyevə gecə yarısından etibarən hücuma başladığını bildirib. O, şəhərə raket və dronların atıldığını, Kiyevin müxtəlif rayonlarında evlərə və binalara ziyan dəydiyini bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!