2 İyul 2026 / 21:46

Zelenski Rusiyaya sərt mesaj verdi

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.

“Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq – mütləq”, – Zelenski deyib.

O, həmçinin bildirib ki, Ukrayna “ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması”nın tərəfdarıdır.

Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!