Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yunanıstan mətbuatının Yunanıstanın İsrail ilə getdikcə dərinləşən müdafiə əməkdaşlığına reaksiyaları artmaqdadır.
Tezadlar.az xəbər verir ki, şərhlərdə “bu əməkdaşlığın Afinanı tələyə saldığı” bildirilir. Yunanıstanın İsrailin Troya Atı kimi davrandığı yazılıb. İsraildən müdafiə sistemlərinin alınması “Yunanıstan üçün qurulan strateji tələ” kimi təsvir edilir.
“Yunanıstan İsrailin Troya Atı kimi davranır”
Yunanıstanın Documento xəbər saytı Yunanıstanın İsrailin Troya Atı kimi davrandığını və Türkiyə ilə çoxcəhbəli gərginlik riski daşıdığını şərh edib.
Militaire xəbər saytı da diqqət çəkən bir məqalə dərc edib. Orada deyilirdi ki, “Yunanıstan artıq İsrailin peykinə çevrilib”. Şərhdə deyilirdi ki, “Biz kiminsə əlində qalan faydalı bir torpaq parçasına çevrilmişik”.
ELBAR