Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Müstəqillik Günü şərəfinə çıxış edərək Amerikanı “daha böyük, daha yaxşı və güclü” edəcəyinə söz verib.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu açıqlamanı Raşmor dağında çıxışı zamanı verib.
“Birlikdə Amerikanı əvvəlkindən daha böyük, daha yaxşı və güclü edəcəyik. Sizə bunu söz verirəm”, – deyə Amerika lideri həmvətənlərini ABŞ-ın 250 illiyi münasibətilə təbrik edərkən bildirib.
Tramp dəfələrlə Kanada və Venesuelanın ilhaq edilməsi ideyasını səsləndirib və Qrenlandiya üçün də planlar qurub.
Trampın danışdığı Raşmor dağının qranit qayasında üzərində dörd ABŞ prezidentinin – Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkolnun portretləri olan 18,6 metr hündürlüyündə barelyefin oyulduğu bildirilir.
ELBAR