ABŞ-İsrail hücumunda həlak olan İranın keçmiş lideri Əli Xamenei üçün Tehranda İmam Xomeyni Musalla məscidində vida mərasimi keçirilib.
Tezadlar.az xəbər verir ki, yerli vaxtla səhər saat 6:00-da başlayan mərasimdə on minlərlə iranlı iştirak edib.
Xameneinin tabutunun mərasim meydançasında görünməsi iştirakçılar arasında dərin kədər anlarına səbəb olub. Mərasim zamanı ABŞ və İsrail əleyhinə şüarlar da səsləndirilib.

Ərazi “Ya Hüseyn” deyə qışqıran, mərsiyə oxuyan və sinələrinə vuran iranlılarla dolu olub.
ELBAR







