Ukrayna Prezidenti Zelenski ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
Tezadlar.az xəbər verir ki, Zelenski söhbəti sosial media hesabında açıqlayıb.
O, ABŞ-ı 250 illik Müstəqillik Günü münasibətilə təbrik etdiyini və “Telefonda çox yaxşı söhbətimiz oldu” dediyini qeyd edib.
Zelenski ABŞ-a dəstəyinə görə minnətdarlığını bildirib və deyib: “Biz müstəqilliyimizi qorumaqda Amerikanın dəstəyini yüksək qiymətləndiririk”.
O, həmçinin Rusiya-Ukrayna münaqişəsindəki son hadisələri müzakirə etdiklərini bildirib və əlavə edib: “Bu müharibəyə son qoymaq üçün real perspektiv var və Amerikanın qətiyyəti həlledici əhəmiyyət kəsb edəcək. Söhbətimizi Ankarada keçiriləcək NATO Zirvə Görüşü zamanı üzbəüz davam etdirmək barədə razılığa gəldik”.
ELBAR







