ABŞ Prezidenti Donald Tramp Müstəqillik Günü çıxışı zamanı Amerika vətəndaşlarına silah gəzdirmək hüquqlarını müdafiə edəcəyinə söz verib.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Silah sahibi olmaq və daşımaq hüququ. Biz bu hüququ çox diqqətlə müdafiə etdik”, – deyə Amerika prezidenti bildirib. O, bu hüququn qorunmasının onun prioritetlərindən biri olduğunu qeyd edib.
Tramp həmçinin “Amerika arzusunun qayıdışı”nı elan edərək onu güclü və gözəl adlandırıb. O, ABŞ-ın “ambisiyalarını genişləndirməkdən heç vaxt əl çəkməyəcəyinə” əmin olduğunu bildirib.
ELBAR







