5 İyul 2026 / 10:16

Tehranda İranın keçmiş lideri Xamenei üçün cənazə namazı qılındı

ABŞ-İsrail hücumlarında həlak olan İranın keçmiş lideri Əli Xamenei üçün Tehranda İmam Xomeyni Musalla məscidində cənazə namazı qılınıb.

Tezadlar.az xəbər verir ki, hücumlarda həlak olan Xamenei və ailə üzvləri üçün Tehranda cənazə mərasimi keçirilib.

İmam Xomeyni Musalla məscidinin xüsusi bir hissəsində qılınan cənazə namazını Ayətullah Cəfər Sobhani qıldırıb.

Yüz minlərlə iranlı bayraqlarla səhər tezdən cənazə namazına qatılmaq üçün mərasim sahəsinə gəlib.

Dəfn mərasimində İran prezidenti Məsud Pazeşkian, hərbi və siyasi rəsmilər və dini liderlər iştirak ediblər.

Sabah paytaxt küçələrində keçiriləcək vida mərasimindən sonra Xameneinin cənazəsi Quma aparılacaq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!