5 İyul 2026 / 10:27

Lukaşenko Maduronun ABŞ-dan geri qayıtmasını dəstəklədiyini bildirib

Belarus Venesuelanın keçmiş prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi geri qaytarmaq səylərini alqışlayıb.

Tezadlar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bunu Müstəqillik Günü münasibətilə prezident vəzifəsini icra edən Delsi Rodrigezə ünvanladığı mesajda bildirib.

Mesajda deyilir: “Sizin rəhbərlik etdiyiniz hökumətin sülhü, konstitusiya qaydasını qorumaq və prezident Nikolas Maduro Moroş və həyat yoldaşı Siliya Floresin tezliklə geri qayıtması üçün ardıcıl səylərini alqışlayırıq”.

Lukaşenko həmçinin əmin olduğunu bildirib ki, Rodrigezin rəhbərliyi altında Venesuela milli maraqları inamla müdafiə etməyə və azadlıq və ədalət ideallarına sadiq qalmağa davam edəcək.

3 yanvarda ABŞ ordusu Venesuelada əməliyyat keçirib və bu əməliyyat zamanı prezident və həyat yoldaşı Delta Force xüsusi təyinatlıları tərəfindən tutulub ABŞ-a aparılıb və orada narkoterrorizm, silah qaçaqmalçılığı və narkotik qaçaqmalçılığında ittiham olunublar.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!