Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 12:44

Paşinyan müxalifətçi Tsarukyana məxsus bütün şirkətlərin bağlanmasına əmr verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətçi Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın Çox Qruplu Konserninə daxil olan demək olar ki, bütün şirkətlərin bağlanmasına əmr verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “İşxanutyun” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

İddia olunur ki, bu şirkətlər arasında Ermənistanın ən böyük sement zavodu olan “Ararat Sement” də var. Bu qərarın səbəbi Tsarukyanın partiyasının parlament seçkilərində iştirakıdır.

Xatırladaq ki, Ermənistanda 7 iyun parlament seçkilərindən əvvəl və sonra yüzlərlə müxalifət nümayəndəsi, o cümlədən “Güclü Ermənistan” və “Ermənistan” bloklarından, eləcə də Çiçəklənən Ermənistan Partiyasından olanlar müxtəlif ittihamlarla saxlanılıb.

Bir gün əvvəl “Çiçəklənən Ermənistan”ın nümayəndəsi İveta Tonoyan “Çox Qruplu Konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə genişmiqyaslı axtarışlar aparıldığını bildirib. Bundan əlavə, bu təşkilatların direktorlarının mənzillərində axtarışlar aparılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!