Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ankarada keçiriləcək 36-cı NATO Liderləri Zirvəsində nəqliyyat xidmətləri üçün xüsusi hazırlanmış qırmızı və ağ TOGG limuzinlərindən istifadə ediləcək.
Tezadlar.az xəbər verir ki, 10 ədəd TOGG T10X limuzin modeli 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün xüsusi olaraq hazırlanmışdır.
Yerli istehsal olan bu nəqliyyat vasitələri NATO Zirvəsi boyunca ATO Konqresi ilə Prezident Kompleksi arasında nümayəndə heyətləri və mətbuat qrupları üçün nəqliyyat təmin edəcək.
NATO üçün xüsusi olaraq qırmızı və ağ rəngdə hazırlanmış 8 nəfərlik tutumlu limuzinlər Prezident Kompleksi daxilində protokol nəqliyyatı üçün də xidmət göstərəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın cədvəlinin bir hissəsi olaraq TOGG limuzinindən də istifadə edəcəyi gözlənilir.
Tək mühərriklə işləyən tam elektrikli nəqliyyat vasitələri saatda təxminən 50 kilometr sürətlə xidmət göstərəcək.
ELBAR