Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Nursultan Nazarbayevə ad günü münasibətilə təbrik ünvanlayıb,
Tezadlar.az Akorda-ya istinadən xəbər verir ki, Qazaxıstanın dövlət başçısı təbrik mesajında Birinci Prezidentin müasir Qazaxıstan dövlətçiliyinin təməlinin qoyulmasında, Qazaxıstan Respublikasının qurulmasında və ölkənin iqtisadi potensialının və beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsindəki tarixi missiyasını qeyd edib.
Təbrik mesajında, həmçinin Nursultan Nazarbayevin paytaxtı Astanaya köçürmək qərarının müstəsna əhəmiyyəti də vurğulanıb.
“Paytaxtın Saryarkanın geniş çöllərinə köçürülməsi bütün Qazaxıstanın inkişafına güclü təkan verib. Bu gün Astana dinamik şəkildə inkişaf etməyə və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməyə davam edir”, – deyə mesajda bildirilir.
Kasım-Jomart Tokayev Birinci Prezidentə möhkəm cansağlığı, uzun ömür və firavanlıq arzulayıb.
Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxıstan Respublkasının ilk prezidentidir. O, prezident vəzifəsinə 1991-ci ildə seçilib və 2019-cu ilin mart ayına qədər bu vəzifəni icra edib.
Lakin Nazarbayev bundan daha əvvəl – Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1989-1991), Qazaxıstan SSR Prezidenti (1990-1991) kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, Nazarbayevin 86 yaşı tamam olub.
Y.Məmmədli