Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 19:18

Serj Sarkisyanın əmlakı müsadirə olunur

Ermənistanın Baş Prokurorluğunun iddiası əsasında ölkənin üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iş üzrə qərar qəbul edilib.

Tezadlar.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iyulun 3-də Baş Prokurorluğun iddiasını qismən təmin edib.

Qərara əsasən, Ermənistan dövlətinin xeyrinə müsadirə olunacaq əmlak arasında mənzil, avtomobil dayanacaqları və həmçinin faizlər nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) nağd vəsait var.

Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əmlaklar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!