Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 19:50

AB və NATO-dan “birlik” mesajı

NATO-nun Baş Katibi Mark Rutte, Avropa Birliyi (AB) Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyi (AB) Şurasının Prezidenti Antonio Kosta NATO ilə AB arasında birlik mesajı çatdırıblar.

Tezadlar.az xəbər verir ki, Rutte, fon der Leyen və Kosta Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının ilk günündə jurnalistlərə açıqlamalar veriblər.

Mark Rutte çıxışında dözümlülüyün, infrastrukturun və müdafiə sənayesinin, eləcə də pulun NATO üçün vacib olduğunu və AB-nin buna sadiq qalmaqda son dərəcə uğurlu olduğunu bildirib.

AB-nin 27 üzvündən 23-nün NATO üzvü olduğuna diqqət çəkən Rutte deyib: “Biz Rusiya təhlükəsi ilə üzləşirik. Bilirik ki, ruslar Şimali Koreya, Çin və İranla işləyirlər; biz sadəlövh ola bilmərik. Biz bir olmalıyıq və biz məhz bunu edirik.”

Avropa Şurasının prezidenti Antonio Kosta NATO ilə AB arasındakı strateji əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirərək, üzv dövlətlərin öhdəliklərini yerinə yetirdiyini, Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət götürdüyünü və indi də bunu davam etdirməli olduqlarını bildirib.

Kosta deyib: “Avropa vətəndaşlarının Ankara sammitindən gözlədikləri şey, öz müdafiəmiz və həmçinin son dərəcə güclü transatlantik münasibətlərə əsaslanan çəkindirmə gücümüz üçün NATO-ya etibar etməyə davam edə biləcəyimizə dair açıq bir mesajdır.”

“Güclü Avropa güclü NATO deməkdir”

Vor der Leyen çıxışında “Güclü Avropa güclü NATO deməkdir” mesajını da çatdırıb.

Müdafiə mövqeyində gördükləri boşluqları doldurmaqda qərarlı olduqlarını bildirən fon der Leyen deyib: “Bu məqsədlə, daha güclü müdafiə sənayesi üçün 2030-cu ilə qədər 800 milyard avro ayırdıq. Biz yalnız güclü müdafiə sənayesi bazasına sahib olmaq deyil, həm də Ukrayna ilə daha çox birgə müəssisələrdə iştirak etmək istəyirik, çünki onlar yüksək innovativdirlər və döyüş təcrübəsi var. Əlbəttə ki, biz həmçinin AB daxilində daha çox birgə satınalma istəyirik, çünki bu, qarşılıqlı fəaliyyət deməkdir.”

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!