Əsas məzmuna keç

ABŞ: İrana hücum etdik

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hücumlar başlatdığını açıqlayıb. İran dövlət televiziyası cənubdakı Sirik və Bəndər Abbas şəhərlərində partlayış səsləri eşitdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, Mərkəzi Komandanlıq ticarət gəmilərini hədəf aldığı iddia edilən İrana qarşı “bir sıra güclü hücumlar” başlatdığını açıqlayıb.

Bəyanatda deyilir: “ABŞ-ın bu hücumları Hörmüz boğazından keçən üç ticarət gəmisinə İranın hücumlarına cavabdır. İranın təcavüzü ədalətsiz, təhlükəli və atəşkəsin açıq şəkildə pozulması idi.”

Sirik və Bəndər Abbasda partlayışlar eşidildi

Bu arada, İran dövlət televiziyası Hörmüzqan əyalətində yerləşən Sirik və Bəndər Abbasda altı partlayış eşitdiyini bildirib.

Sirikdəki partlayışların Tahiruyi kəndindən qaynaqlandığı və indiyə qədər yeddi partlayışın eşidildiyi bildirilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…