Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2026 / 17:22

Küveyt İrandan buraxılan 2 ballistik raket və 13 dronu ələ keçirib

Küveyt ordusu İrandan buraxılan və ölkənin hava məkanını pozan 2 ballistik raket və 13 pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Küveyt ordusunun sosial media hesabında dərc edilən açıqlamada Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud Əbdüləziz əl-Ətvan hücumlarla bağlı şərh verib.

Ətvan bildirib ki, hava hücumundan müdafiə sistemləri sübh tezdən Küveyt hava məkanını pozan elementləri uğurla ələ keçirib və hadisədə heç bir maddi ziyan və ya xəsarət alan olmayıb.

Açıqlamada həmçinin bildirilir ki, ABŞ və İsrailin İrana hücumları başlatdığı 28 fevraldan bəri Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 906 PUA, 383 ballistik raket və 15 qanadlı raket məhv edilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!