Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2026 / 18:32

İstilər Almaniyada minlərlə əlavə ölümə səbəb olub

Almaniyada iyunun son həftəsində anomal istilər səbəbindən ölənlərin ümumi sayı artıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli media Federal Statistika İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

“İyunun 22-dən 28-dək olan müddətdə son üç ilin orta göstəricisi ilə müqayisədə 5 655 nəfər çox insan ölüb. Ümumilikdə, bu il iyunun son həftəsində qeydə alınan ölüm hallarının sayı 23 655 təşkil edib”, – statistika idarəsinin məlumatında bildirilib.

Almaniyada, xüsusən də Saksoniya-Anhaltdakı Mökkern-Drevitsdə bu yaxınlarda temperatur 41,8 dərəcəyə çatıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!