Əsas məzmuna keç

İran ABŞ-ın İranın cənubuna hücumlarında 8 əsgərinin öldüyünü açıqladı

İran Ordusunun Hava və Dəniz Qüvvələrindən səkkiz əsgər ABŞ-ın İranın cənubuna hücumlarında həlak olub.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, ABŞ-ın İranın cənubundakı Buşehr və Bəndər Abbas şəhərlərinə son hücumlarında səkkiz əsgər həyatını itirib.

Həlak olan əsgərlərin İran Ordusunun Hava və Dəniz Qüvvələrinin üzvləri olduğu müəyyən edilib.

ABŞ gecə İranın cənubundakı Hörmüz boğazı yaxınlığındakı Sirik və Bəndər Abbas şəhərlərinə, eləcə də Hörmüzqan əyalətindəki Mahşəhr, Bəndərmam və Hamidiyyə şəhərlərinə hücumlar təşkil edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq 80-dən çox hərbi hədəfə zərbə endirildiyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın ölkənin cənubuna gecə hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki 85 hərbi obyekti raket və dronlarla hədəf aldığını açıqlayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…