Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 08:38

Tanınmış iqtisadçı AQTA- nın qoyun- quzu daşıma qaydalarına etiraz etdi

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumat yayıb ki, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Yəni, istifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir. Tezadlar.az xatırladır ki, tanınmış iqtisadçı- ekspert Natiq Cəfərli AQTA- nın bu yeni qayda və tələblərinə sərt etiraz edərək yazır: “…Yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi “loser”ə çevirən səhvlərin təkraralanması. Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu “limuzin”də daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?! Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, “kiçik və effektiv” hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq. Belə qərarlar, ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir – yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır…”.
Sitatın sonu!
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!