Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-İran gərginliyi artdıqca, Şərqi Aralıq dənizində və Fars körfəzində Amerika hərbi təyyarələrinin aktivliyinin artması müşahidə olunub.
“Flightradar24” uçuş izləmə tətbiqindən istifadə edilən təhlil, 8 iyulda Şərqi Aralıq dənizi və Fars körfəzi üzərində havada ABŞ hərbi təyyarələrinin sayında qeyri-adi artım olduğunu ortaya qoyub.
Tezadlar.az xəbər verir ki, müşahidə edilən təyyarələrin əksəriyyəti təxminən 90 ton yanacaq və 37 ton yük daşıya bilən Boeing KC-135R Stratotanker hərbi yanacaqdoldurma tanker təyyarələri olub.
Şərqi Aralıq dənizi bölgəsində dörd Stratotanker, biri İsrail üzərində, Fars körfəzində isə beş Stratotanker və iki Boeing KC-46 Pegasus yanacaqdoldurma və strateji hərbi nəqliyyat təyyarəsi müşahidə edilib.
Bundan əlavə, ABŞ hərbi nəqliyyat təyyarələri də Avropa üzərində müşahidə edilib.
CENTCOM 80-dən çox hədəfə hava hücumu həyata keçirdiyini açıqlayıb
7 iyulda Hörmüz boğazında Qətər və Səudiyyə Ərəbistanına məxsus tankerlər də daxil olmaqla ən azı 3 kommersiya gəmisinin naməlum mərmilər və dronlarla vurulduğu bildirildi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu hücumlara cavab olaraq İrandakı 80-dən çox hədəfə, o cümlədən radar sistemlərinə, raket batareyalarına və İnqilab Keşikçilərinə məxsus 60-dan çox kiçik qayığa hava hücumları həyata keçirdiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp bu gün Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra verdiyi açıqlamada “Bu gecə İrana çox güclü zərbələr endirəcəyik” deyib.
ELBAR