Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 14:31

İtaliya Rusiya səfirliyindən iki hərbi attaşeni qovdu

İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani Romadakı Rusiya səfirliyindən iki hərbi attaşenin qovulması qərarını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə rəsmi “Facebook” səhifəsində yazıb: “İtaliya hökuməti Roma prokurorluğunun araşdırması zamanı aşkar edilmiş casusluq fəaliyyətlərinə görə məsuliyyət daşıyan İtaliyadakı Rusiya səfirliyindən iki hərbi attaşeni qovmaq qərarına gəlib. İtaliya Xarici İşlər Nazirliyinin baş katibi bu yaxınlarda Rusiyanın Romadakı səfirinə məlumat verib ki, İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər”.

Tayani vurğulayıb ki, “Moskva Qərbə və İtaliyaya qarşı hücumlar həyata keçirmək üçün hibrid alətlərindən istifadə etməyə davam edir”. “Bu, İtaliyanın təsisatlarına və milli təhlükəsizliyinə ciddi və qəbuledilməz müdaxilədir”, – deyə o yazıb.

Qeyd edək ki, əldə olunan məlumata görə, Rusiya Romadakı səfirliyindən iki hərbi attaşenin qovulmasına cavab verəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib.

Diplomatik nazirlik bildirib ki, “Rusiya müvafiq cavab verəcək”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!