Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Buşehr əyalətinin qubernator müavini İhsan Cahaniyan bildirib ki, Buşehr Atom Elektrik Stansiyasının ətrafındakı ərazi bu günortadan sonra ABŞ hücumlarına məruz qalıb.
Tezadlar.az bildirir ki, İranın rəsmi xəbər agentliyi IRNA-ya danışan Cahaniyan məsələ ilə bağlı məlumat verib.
O bildirib ki, Buşehr Atom Elektrik Stansiyasının ətrafındakı ərazi, Çoqadekdəki hərbi baza və əyalətin cənubundakı balıqçılıq körpüsü ABŞ qüvvələri tərəfindən hədəfə alınıb və bu günə qədər itki barədə heç bir məlumat daxil olmayıb.
O, həmçinin Aseluyedəki Benud körpüsünə səhər tezdən hücum edildiyini və yerli balıqçı qayıqlarında yanğınların baş verdiyini bildirib.
Cahaniyan hadisə yerində araşdırmalar və zərərin qiymətləndirilməsi işlərinə başlandığını qeyd edib.
ELBAR