Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın müxtəlif bölgələrində yerləşən bir neçə neft obyektinə hücumlar həyata keçirdiklərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, sosial media hesabında paylaşım edən Zelenski Rusiyadakı hədəflərə hücumlarını davam etdirdiklərini bildirib.
O, dünən Rusiyanın Stavropol və Tver bölgələrində iki neft anbarını hədəf aldıqlarını söyləyərək əlavə edib: “Hər ikisi cəbhə xəttindən təxminən 500 kilometr məsafədə yerləşir”.
Zelenski həmçinin Rusiya Federasiyasının tərkib hissəsi olan Başqırdıstan Respublikasının paytaxtı Ufada, Ukraynadan təxminən 1500 kilometr məsafədə yerləşən neft nasos stansiyasına hücum etdiklərini qeyd edib.
O, həmçinin Rostov bölgəsindəki neft terminalına hücum etdiklərini qeyd edərək deyib: “Biz Rusiyaya bu müharibəyə son qoymağı çoxdan təklif etmişdik və proses hər keçən gün uzandıqca müharibə qavrayışı hər şeyin başladığı yerə, yəni Rusiyaya qaytarılmalıdır”.
Zelenski həmçinin hücumlarla əlaqəli olduğu iddia edilən bir şəkil paylaşıb.
Rusiyanın hücumu nəticəsində Xersonda iki nəfər həlak olub
Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına görə, Rusiya bu gecə ölkəyə iki raket və 94 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücuma başlayıb.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 72 PUA-nı zərərsizləşdirib.
Ukrayna Dövlət Təcili Xidmətlərinin (DSNS) sosial media hesabında verilən açıqlamada Xersonda Rusiyanın PUA-sının bir nəqliyyat vasitəsinə hücumu nəticəsində iki nəfərin öldüyü bildirilib.
ELBAR