Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 12:39

Həftəsonu aquparklara üz tutanlar üçün ən baha və ən ucuz qiymətlər – bəzisində xanımlara endirim…

Yay aylarında çimərliklər və aquaparklar insanların əsas üz tutduğu istirahət yerləridir. Həm şəhərə yaxın, həm də yayın həzzini çıxarmaq üçün bu ən yaxı seçimlərdəndir.

Amma əsas məsələ uyğun qiyməti tapmaqdır. Bakı ətrafında fəaliyyət götərən çimrəliklərdə və aquparklarda qiymətlər bir-birindən fərqlənir. Həftəsonu ziyarətlərin çox olması səbəbindən qiymətlərdə artım müşahidə olunur.

Tezadlar.az xəbər verir ki, FED Bakı ətrafı ərazilərdə yerləşən aquparkların qiymətlərini araşdırıb. Həmin qiymətləri təqdim edirik:

“Amburan Beach Club”da giriş haqqı həftəiçi 45 AZN, həftəsonu və bayram günləri 55 AZN-dir. 18 yaşdan kiçik övladları ilə gələn valideynlər üçün həftəiçi qiymət 35 AZN, həftəsonu və bayram günləri 45 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir, dəsmal, duş, uşaq otağı, əyləncəli proqram daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur. Şkaf icarəsi üçün 10 AZN depozit və 5 AZN haqq tutulur.

“Sea Breeze Beach”də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, şezlonq, çətir və hovuz daxildir. Ərazidə yerləşən “Water park” aquaparkına giriş 20 AZN-dir, 10 AZN-lik depozit ilə dəsmal götürmək olar. Bundan başqa, “Sea Breeze” ərazisində yerləşən “White Pool Beach”a giriş həftəiçi 35 AZN, cümə, şənbə və bazar günləri 45 AZN-dir

“White Beach Club”da giriş həftəiçi 40 AZN-dir. Hovuz kənarında sandbed (qum yatağı) üçün əlavə 100 AZN depozit tələb olunur. Həftəsonu 50 AZN təşkil edir. Yalnız aquaparka giriş həftəiçi 20 AZN, həftəsonu 30 AZN, yalnız çimərlik zonası həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir.

«Kombo» təkliflər (hovuz, aquapark və bütün gün üçün giriş) hətəiçi 50 AZN, həftəsonu 60 AZN təşkil edir. VİP zona üçün 200 AZN depozit tələb olunur. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.

“Golden Beach Mərdəkan”da giriş xanımlar üçün 10 AZN, bəylər üçün 15 AZN-dir, 3 yaşadək uşaqlar üçün pulsuzdur. Qiymətə zontik, şezlonq, dəsmal, hovuz daxildir.

“Richi Beach” həftəiçi xanımlar 15 AZN, bəylər 25 AZN, həftəsonu xanımlar 20 AZN, bəylər 30 AZN-dir. 14 yaşadək uşaqlar üçün giriş 10 AZN, boyu 1 metrə qədər olan uşaqlar üçün hər ailə üzrə bir nəfərə giriş ödənişsizdir. Qiymətə şkaf, dəsmal, duş, çətiv və şezlonq daxildir.

“Dream Beach”a giriş ödənişsiz, əvəzində söhbətgahları («besedka») icarələmək ödənişlidir. Hovuz yoxdur, dənizə girişə yalnız böyüklər icazə verilir. 9 nəfərlik «besedka»lar həftəiçi birinci sırada 40 AZN, ikinci sırada 35 AZN, üçüncü sırada 30 AZN-dir. Həftəsonu və bayram günlərində 9 nəfərlik «besedka»lar birinci sırada 60, ikinci sırada 50, üçüncü sırada 40 AZN-dir. VİP besetkalar 12 nəfəlikdir və həftəiçi 80 AZN, həftəsonu 120 AZN-dir.

“Mambo Beach Club”da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. 6-12 uaşlı uşaqlar üçün hətəiçi 12, həftəsonu 15 AZN-dir. Qiymətə şezlonq, dəsmal, loker, çətir və hovuzlar daxildir. Əlavə 30 AZN ödəməklə besetka icarələmək mümkündür.

“Spring Hotel Baku”da aqupark qiymətləri 30 AZN-dir, 10 yaşa qədər uşaqlar üçün ödənişsizdir. Aquaparkda hər həftənin, cümə, şənbə və bazar günləri köpük şousu olur. Burada iştirak ödənişsizdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!