Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Avqust 2026 / 15:38

XƏBƏRDARLIQ! Qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!