Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Sentyabr 2022 / 13:33

ERMƏNİLƏRİN GÖVHƏR AĞA MƏSCİDİNƏ ETDİYİ MÜDAXİLƏLƏR ARADAN QALDIRILIB

Ermənistanın işğalı dövründə Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə məscidi ziyarət edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.

Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.

Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

xezerxeber.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!