19 Avqust 2026 / 16:26

“Qırmızı Körpü”də yenə kilometrlik avtomobil növbəsi yarandı…

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1 030 avtomobil gözləyir.

Tezadlar.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.

Hazırda “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!