Əsas məzmuna keç

DOSTUMUZ, QARDAŞIMIZ, HƏMKARIMIZ…

(Bu gün onun ad günudür)
Avqustun 24-ü bizim dostumuz, qardaşımız, bölgə müxbirimiz İlqar Həsənovun ad günüdür. Bilənlər bilir, düz ilqarlı oğlandır, qələmi yzıların, şəxsiyyəti dostların yaraşığıdır. Odur ki, “görünən kəndə” bələdçilik etmək niyyətində deyiləm, amma İlqarın 3 original xüsusiyyəti var, deməliyəm…
Əvvəla, İlqar sözün əsl mənasında, canlı ensklopediyadır, onun yanında sizə Vikipediya-zad lazım deyi. İlqarın Azərbaycanda tanımadığı adam, bilmədiyi şey yoxdur. Kimi deyirsiz-deyin, İlqar sizə həmn adam haqqında geniş, izahlı arayış verə bilər, ən azı, bütün qohumlarını, vəzifədə olan adamlarını bir-bir saya bilər.
Sonra, İlqar orta yaşlı adam olsa da, köhnə kişilərdəndir. Şəhriyar demiş, “gözəllərin axıra qalmışıdır”. Bəli, adam özgənin dərdini öz dərdi kimi qəbul edə bilir və təmənnasız kömək etmək istəyir. Hətta mən deyərdim ki, Azərbaycanda təmənnasız yaxşılıq üzrə yarış keçirilsəydi, İlqar rahat 1-ci üçlüyə düşə bilərdi. Razılaşın ki, bu gün belə kişiləri “gündüz çıraqla” axtarsaz, tapmazsız…
Nəhayət, İlqar Həsənovun 3-cü original xüsusiyyəti… İstəyirəm bunu mərhum dostumuz Məmməd Nazimoğlunun sözü ilə deyim. Həm İlqarın könlü xoş olsun, həm də Məmmədin ruhu şad olsun… Məmməd deyirdi ki, dostlarla çayxanada oturmuşuq, jurnalist həmkarların biri gəlir, biri gedir. Dünyanın gərdişindən, insanların vərdişindən, vəziyyətindən – kef çəkənin kefindən, dərd çəkənin dərdindən maraqlı söhbətlər də gedir. Amma çayxana elə bil boşdur, şəhər boşdur, elə bil dünya boşdur, adam darıxır, ürəyi sıxılır…. Çünki İlqar şəhərdə yoxdur, bölgələrdədir…
Və son olaraq… İlqar, ad günün mübarək olsun. Qəlbin sevinclə, süfrən bərəkətlə, evin səadətlə dolsun. Allah səni qorusun…
Qalib AİF
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın