Əsas məzmuna keç

Ailədaxili mübahisə dəhşətli faciə ilə nəticələndi

ABŞ-nin Montana ştatında ailədaxili mübahisə dörd uşaq da daxil olmaqla səkkiz nəfərin həyatına son qoyub.

Tezadlar.az bu barədə ABC News-a istinadən xəbər verir.

Polisin məlumatına görə, faciə Billingsdəki bir evdə baş verib. Hüquq-mühafizə orqanları atışma ilə bağlı zəngə cavab verib və gəldikdən sonra silah səsləri eşidib və evin tamamilə alov içində olduğunu aşkar edib.

Hazırda yanan evdən qalıqları təhlükəsiz şəkildə çıxarmaq üçün səylər göstərilir. Atışmanı və yanğını başlatmaqda şübhəli bilinən kişi polis gəlməzdən əvvəl özünə xəsarət yetirib və sağ qalmayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…