Çinin Tibet Muxtar Rayonunda Nepal sərhədi yaxınlığında sel axını nəticəsində 3 nəfər ölüb, 265 nəfər isə itkin düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) operativ qərargaha istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Şiqadze şəhəri ərazisində baş verib və “Qyironq” nəzarət-buraxılış məntəqəsinə təsir edib. Çin hakimiyyəti hadisə yerinə 249 xilasedici, eləcə də texnika ilə birlikdə mühəndis-xilasetmə bölmələrinin 325 əməkdaşını göndərib.
Zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir, axtarış-xilasetmə işləri davam edir.







