“Son 24 saat ərzində döyüşçülərimiz Rusiyada 16 obyektə zərbə endirib. Xüsusilə, uzaqmənzilli cavab zərbələri neft obyektlərinə — müharibəni maliyyələşdirən Rusiyanın neft pul kisəsinə endirilib. Həmçinin aerodromlara, raket bölməsinə və Ukraynaya zərbələr endirmək üçün daim istifadə olunan infrastruktura hücum edilib. Sanksiyalarımız [zərbələrimiz] hərbi müəssisəyə və Rusiya logistikasına da təsir göstərib. Müharibə gəldiyi yerə qayıtmalıdır. Ukrayna Rusiyanın zərbələrinə cavab verir və bunu elə edir ki, təcavüzkar üçün müharibənin qiyməti qaçılmaz şəkildə artsın. Biz haqlı olaraq Rusiyanın təcavüz potensialını azaldırıq. Dəqiqliyə görə əməliyyatda iştirak edən bütün döyüşçülərimizə təşəkkür edirəm! Ukraynaya eşq olsun!”.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında belə yazıb.
Müharibə isə dağıntı və faciələri ilə davam edir.







