Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin inkişaf planında Rusiyanın strateji tərəfdaş kimi qeyd edilməsindən imtina edib.
Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı “Armenpress”in yayımladığı brifinqdə verib.
Paşinyan qərarını Moskvanın 2020-2023-cü illər arasında respublikanın sərhəd bölgəsində Ermənistan Silahlı Qüvvələri ilə Azərbaycan ordusu arasında baş verən toqquşmalara reaksiyası ilə izah edib. “2022-ci ilin sentyabr hadisələrindən sonra strateji tərəfdaşlıqdan danışarkən… Əgər mən bunu (hökumətin strateji tərəfdaşlıq proqramında) yazsaydım, Rusiya və KTMT-nin 2022-ci ildə müqavilə öhdəliklərini niyə yerinə yetirmədiyini soruşardınız. Nə deməliyəm?”, – deyə Ermənistanın baş naziri bildirib.
Daha əvvəl Nikol Paşinyanın hakim Mülki Müqavilə partiyası ölkənin növbəti beş il üçün inkişaf planına Rusiya ilə “tərəfdaşlıq münasibətlərinin dəyişdirilməsi və dərinləşdirilməsi” bəndini daxil etmişdi. Eyni zamanda, strategiyanın müəllifləri digər ölkələrə, xüsusən də Fransa və ABŞ-a, eləcə də Avropa İttifaqına (AB) münasibətdə “əməkdaşlığın gücləndirilməsi” və ya “dərinləşdirilməsi” terminlərindən istifadə ediblər.
2000-ci ildə Rusiya və Ermənistan ölkələr arasında “21-ci əsrə yönəlmiş” müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar. Həmin andan 2026-cı ilə qədər tərəflər müttəfiqlik münasibətlərini qoruyub saxlayıblar.
2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın dəfələrlə Yerevanın köməyinə gəldiyini və qan tökülməsinin qarşısını almaq üçün səylər göstərdiyini bildirib.
ELBAR







