Əsas məzmuna keç

Heyətin 75 -80%-ni xarici legionerlərdən təşkil etmək ölkə futbolu adına inkişaf deyil!

Bu yazıya görə ola bilər ki, kimlərsə məni qınasın… İsveçrənin yerli kanalı ilə Avropa Konfrans Liqasının pley-off oyununa baxıram. İsveçrənin Luqano – komandası təkrar oyunda səfərdə Tel Əviv Makabisi (İsrail) ilə qarşılaşlaşır. İsveçrədə keçirilən ilk oyunda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdi, indi isə oyunun sonuna az qalıb, hesab 1:1-dir.
Lakin mənim məqsədim heç də oyundan yazmaq deyil, oyunun sonuna az qalmış İsveçrəlilərin heyətində dəyişiklik edilir və meydana bir gənc – boylu buxunlu oyunçu daxil olur, Bəhruz Kərimov. Maraq məni götürür, kimdir bu gənc? Azərbaycanlıdır? Axı ad, soyadı bizimdir, hətta bir az sevindim. Tez maraqlandım, lakin… Bu bir gənc özbək futbolçu imiş (boyu 1.80sm.) 19 yaşlı. Bax, budur futbolu inkişafda olan qardaş ölkələrin Özbəkistanın, Qazaxıstanın uğuru.
Bunları nədən yazıram, bax ölkə futbolunun inkişafı budur, yoxsa, heyətin 75 – 80%-i xarici legionerlərdən təşkil olunmuş bizim klub komandaların Avropa kuboklarında mərhələ adlaması, pley-off oynaması heç də ölkə futbolu adına inkişaf deyil. Bəli, əgər klub komandalarımızın heyəti heç olmazsa 50% yerli futbolçulardan təşkil olunsaydı, bunu uğur sayardıq, ancaq belə, Milli (yığma) futbol həmişə sürünəcək və DÇ-ı, AÇ-nın final mərhələsinə vəsiqə gürcülərdən, özbəklərdən fərqli bizim üçün xəyal olaraq qalacaq… Necə ki, dünən “Qarabağ” Bakıda biabırçı məğlubiyyətlə Avropaya yolunu dayamdırdı!
Bəli, həqiqət nə qədər acı olsa da, tək ölkəyə legioner gətirməklə iş bitmir, həm də yerli futbolçuları da legioner kimi göndərmək lazımdır.
İlham RƏSUL
(İSVEÇRƏ)
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…