İddialara görə, Amerika kəşfiyyat agentliyi olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Moskvaya səfəri zamanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovu Rusiyanı Ukrayna ilə razılığa gəlməyə təşviq etməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, “The New York Times” qəzeti adı çəkilməyən hazırkı və keçmiş rəsmilərə istinadən, Ratkliffin Moskvaya səfəri ilə bağlı bu iddiaları yayıb.
İddia olunur ki, Ratkliff Moskvaya “rusları hərbi və iqtisadi vəziyyətləri daha da pisləşməzdən əvvəl Ukrayna ilə razılığa gəlməyə təşviq etmək” üçün gedib.
Bildirilir ki, Ratkliff bu mesajı FTX direktoru Bortnikova çatdırıb, lakin MKİ direktoru Rusiya tərəfini müharibəni davam etdirməyi seçəcəkləri təqdirdə potensial nəticələrlə “təhdid etməyib”.
Qeyd olunur ki, Ratkliffin mesajı ABŞ-nin Rusiya və ya Ukraynaya qarşı siyasətində hər hansı bir dəyişiklik siqnalı verib-vermədiyi bəlli deyil və səfər Rusiya ilə Ukrayna arasında “dayandırılmış danışıqları” canlandırmaq cəhdi kimi şərh edilib.
Məlumatda həmçinin bildirilib ki, Ratkliff Rusiyanın “hərbi və iqtisadi cəhətdən Ukrayna ilə müharibədə pis vəziyyətdə olduğunu” iddia edib və buna görə də Bortnikova Moskvanın müharibəyə son qoymaq üçün ciddi danışıqlara başlamasının vaxtı çatdığına inandığını deyib.
ELBAR







