Əsas məzmuna keç

Nepal daşqınları nəticəsində ölənlərin sayı 538-ə çatıb

Nepalın Çinlə sərhədinə yaxın Rasuva bölgəsində və ətrafında baş verən daşqınlarda ölənlərin sayı 538-ə çatıb.

Nepalın Çinlə sərhədinə yaxın ərazilərdə daşqın suları altında qalanların xilas edilməsi səyləri davam edir.

Tezadlar.az xəbər verir ki, “Katmandu Post” qəzetinin məlumatına görə, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının açıqlamasında daşqınlarda ölənlərin sayının 538-ə çatdığı bildirilib.

Nepal hakimiyyəti onlarla körpünün dağıldığını, yolların zədələndiyini və axtarış-xilasetmə əməliyyatları üçün helikopterlərin cəlb olunduğunu bildirib.

Məlumatda həmçinin daşqın sularının cəsədləri apardığı və axtarış-xilasetmə işlərinin yalnız Rasuvada deyil, həm də Nuvakot, Dhading, Qorkha, Tanahun, Çitvan və Navalparasidə cəmləşdiyi bildirilib.

Nəticədə, müxtəlif bölgələrdəki morqlarda yerlər tükənir və müvəqqəti obyektlər yaradılır.

Associated Press (AP) agentliyinə danışan rəsmilər, xarici vətəndaşlar da daxil olmaqla, 1300-dən çox insanın itkin düşdüyünü bildiriblər.

Nepalda baş verən daşqınlar nəticəsində Çinin Tibet Muxtar Bölgəsində ölənlərin sayı 5-ə çatıb.

Mütəxəssislər buzlaqların çökməsinə işarə edirlər

Daşqınlardan əvvəl bölgədə zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti məlumatlarını yeniləyərək 5,2 bal gücündə seysmik aktivliyin mənbəyinin buzlaq çökməsi olduğunu bildirib.

Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri də daşqınların dağlıq ərazidən qopan buzlaq parçalarının qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…