Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 579 nəfərə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İtkin düşənlərin sayı isə artaraq 1 924 nəfərə çatıb.
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 538-ə, yaralananların sayı isə 73-ə çatıb.
Tezadlar.az xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nepalın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatında bildirilib.
Ümumilikdə daşqınların fəsadları təxminən 93 min insana təsir edib.
Nepalın şimal ərazilərində daşqınlar 469 nəfərin həyatına son qoyub.
Tezadlar.az xəbər verir ki, bu barədə Nepal polisinə istinadən xəbər verir.
“469 nəfərin meyiti tapılıb, 1 545 nəfər yaralanıb və ya xilas edilib”, – hüquq-mühafizə orqanlarının son hesabatında bildirilir.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Nepal Polisindən 13 295 nəfər cəlb olunub. Xilasedicilər dağıntıları təmizləyir və insanları yerin altından çıxarırlar.
Nepal Baş naziri Balendra Şah vəziyyətin gərgin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, hakimiyyətin əsas prioritetləri insanların xilas edilməsi, itkin düşmüş şəxslərin axtarışı, yaralılara tibbi yardım göstərilməsi və fəlakətdən zərər çəkmiş ailələrə dəstək olmaqdır.
Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb “Rasuvaqadi” sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.







