Rumıniya Ukrayna sərhədi yaxınlığında hava hədəfi aşkar etdikdən sonra iki F-16 qırıcı təyyarəsini havaya qaldırıb.
Tezadlar.az bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, 30 avqustda saat 10:36-da radar sistemi Ukraynanın Vılkove şəhərindən 20 kilometr şərqdə hava hədəfi aşkar edib. 86-cı Borça Hava Bazasından iki F-16 təyyarəsi vəziyyəti izləməyə başlayıb.
Saat 10:50-də Təcili Yardım Xidməti şimal-şərqi Tulça qraflığının sakinlərinə RO-Alert xəbərdarlığı göndərib. Hərbçilər sərhəd bölgəsindəki hava vəziyyətini izləməyə davam ediblər.
Daha əvvəl milli müdafiə naziri vəzifəsini icra edən Radu Miruta Ukrayna dronlarının Rumıniya hava məkanında olmasının qəbuledilməz olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiya dronları ilə bağlı hadisələrin sayı artmaqdadır.
ELBAR







