Rusiyanın Ukraynanın Kiyev, Xarkov vilayətlərinə və Zaporojyeyə raket və pilotsuz uçuş aparatı ilə hücumları nəticəsində 13 nəfər həlak olub, onlarla insan yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
Kiyev vilayətinə raket zərbəsi nəticəsində yaşayış evləri, mülki infrastruktur obyektləri və avtomobillər zədələnib, bəzi yerlərdə yanğınlar baş verib. Xilasedicilər 48 nəfəri təxliyə edib və 2 nəfəri dağıntılar altından çıxarıblar. İkisi uşaq olmaqla doqquz nəfər xəsarət alıb.
Borispol şəhərində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Bundan başqa, şəhərdə texniki xidmət stansiyasının binası zədələnib və orada bir nəfər həlak olub.







