Əsas məzmuna keç

Şeremetyevo hava limanında təyyarələrin qəbulu və uçuşu dayandırılıb

Rusiya paytaxtı Moskvanın Şeremetyevo hava limanında mülki təyyarələrin qəbulu və uçuşa buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

“Şeremetyevo aeroportunda hava gəmilərinin qəbulu və uçuşa buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruridir”, – deyə məlumatda bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…