Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
Tezadlar.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, səfər çərçivəsində deputatımız “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu” (İTİF) tərəfindən təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.
Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər sentyabrın 6-da başa çatacaq.







